Gənclər və idman naziri TEKNOFEST-ə qatılıb
Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 24-də İstanbul şəhərində təşkil edilən TEKNOFEST - Aviasiya, Kosmos və Texnologiya Festivalını ziyarət edib.
BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, sayca dördüncü ildir keçirilən beynəlxalq tədbirin əsas məqsədi gənclər arasında aviasiya, kosmik və texnoloji bacarıqları ortaya çıxarmaq, yeni ideya və təşəbbüsləri dəstəkləməkdir. Bu il 34 kateqoriya üzrə, 44912 komanda tərkibində 200 min insan iştirak edir və dünyanın ən böyük texnologiya festivalıdır.
Fərid Qayıbov "TEXNOFEST" çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi pilotsuz uçuş aparatları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Türkiyə Gənclər və İdman Nazirliyinin pavilyonları, eləcə də Azərbaycan Texniki Universiteti və Bakı Anadolu Liseyinin komandalarının hazırladığı startap layihələrlə tanış olub, həmçinin Türkiyə Gənclik Mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb.
Nazir həmçinin, "Bayraktar TB2", “Akıncı” və digər hərbi təyyarlərin nümayişini izləyib.
Facebook-da paylaş