Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub



AFFA baş katibinin müavini Elçin Məmmədov avqustun 8-9-da UEFA-nın matç direktoru qismində Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub.

BrendSport.az
xəbər verir ki, UEFA tərəfindən ezam olunan AFFA rəsmisi səfər çərçivəsində ötən mövsüm Gürcüstan çempionu olan “İberia” klubunun ev oyunlarını keçirdiyi Mixail Mesxi adına stadionu ziyarət edib. Əsas məqsəd arenanın 2026/2027-ci illər mövsümündə UEFA klub yarışlarının liqa mərhələsinin oyunlarını qəbul etməyə hazırlıq səviyyəsi ilə tanışlıq olub.

Səfər zamanı “İberiya” klubunun nümayəndələri ilə görüş də keçirilib. Görüşdə ötən mövsümlə müqayisədə yeni mövsümdə qaydalarda tətbiq olunacaq dəyişikliklər müzakirə edilib.


Facebook-da paylaş

Xəbəri paylaş