Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA-da klublara lisenziyalar təqdim edilib



AFFA-da 2024-2025-ci illər lisenziyalaşdırma mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Premyer Liqada, I Liqada və Yüksək Qızlar Liqasında iştirak üçün lisenziya əldə edən klubların nümayəndələri ilə görüş keçirilib.

BrendSport.az
xəbər verir ki, təltifetmə mərasimində mövsümün yekunları, statistik göstəricilər, tətbiq edilən Klubların Lisenziyalaşdırılması platforması və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.

Bundan əlavə, klub nümayəndələrinə tərəfdarlar və əlil azarkeşlərlə əlaqələndirici şəxslərə aid layihələr barədə qısa məlumat təqdim olunub.

Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublara AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva tərəfindən müvafiq lisenziyalar və geridə qalan mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.


Facebook-da paylaş

Xəbəri paylaş