Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Araz-Naxçıvan" və “Zaqatala” klubları Azərbaycan Premyer Liqasında iştirak edə bilərlər

“Araz-Naxçıvan" və “Zaqatala” klubları Azərbaycan Premyer Liqasında iştirak edə bilərlər


Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2023/2024-cü il mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
BrendSport.az xəbər verir ki, AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2022) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra “Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə” və “Qəbələ”yə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilməsi barədə qərar qəbul olunub. “Turan Tovuz” və “Səbail” isə lisenziya verilməyib.
Premyer Liqa yarışlarında iştirak etmək üçün “Turan Tovuz”, “Səbail”, “Sumqayıt”, “Kəpəz”, “Şamaxı”, “Araz-Naxçıvan" və “Zaqatala”ya lisenziya təqdim olunub. “İmişli”, “Mingəçevir”, MOİK və “Qaradağ Lökbatan”a lisenziya verilməməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, 2023-2024-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak hüququ qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş