UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba ödəniş edib
UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 futbol klubuna ödəniş edib.BrendSport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, məbləğ 2020/2021-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramına görə ödənilib.
Qeyd olunan mövsümdə daxili çempionatda çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməmiş klubların hesabına UEFA-dan maliyyə vəsaiti ayrılıb. “Qarabağ” istisna olmaqla, “Neftçi”, “Səbail”, “Qəbələ”, “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə”yə 72 min 866 avro ödənilib. Məbləğlər AFFA-nın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb.
Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait onun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.
Facebook-da paylaş