AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti standartlara uyğundur
İsveçrənin SGS şirkəti 2022-ci ildə AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
BrendSport.az AFFA-nın saytına istinadla xəbər verir ki, bu barədə şirkət tərəfindən quruma ünvanlanmış məktubunda qeyd olunub. Bildirilib ki, AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Lisenziyalaşdırma Qrupu 2023-2024-cü illər lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.
Facebook-da paylaş