Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatına hazırlaşan Azərbaycan millisinin voleybolçuları ilə görüş olub



Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Avropa çempionatına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət milli komanda ilə görüşüb.

BrendSport.az
xəbər verir ki, GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə federasiya rəhbərliyi ilk olaraq komandanın məşqini izləyib. Məşqdən sonra yığmanın üzvləri və məşqçilər heyəti ilə söhbət edən federasiya prezidenti Şahin Bağırov komandanın hazırkı vəziyyəti ilə maraqlanıb, voleybolçulara yarışda uğurlar arzulayıb. Bakıda Avropa çempionatının ilk dəfə 2017-ci ildə keçirildiyini və həmin yarışda millimizin uğurlu nəticə qazandığını xatırladan Ş.Bağırov komandanın bu dəfə də doğma meydanda qrup mərhələsini adlayıb pley-offa yüksələcəyinə inamını ifadə edib. O, Faiq Qarayevin rəhbərliyi ilə voleybolçuların mərhələ keçmək üçün əllərindən gələni edəcəklərinə əmin olduğunu vurğulayıb, onlara uğurlar arzulayıb.

Daha sonra AVF rəhbərliyinə məşq prosesinin növbəti mərhələsi, həmçinin keçirəcəyi yoxlama qarşılaşmaları haqqında ətraflı məlumat verilib.


Facebook-da paylaş

Xəbəri paylaş