Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib



Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev və baş katib Faiq Orucov qadın və kişi voleybolçular arasında ölkə çempionatının qalibi olmuş “Azərreyl” klubunun üzvləri ilə görüşüblər.

BrendSport.az
xəbər verir ki, federasiya rəhbəri ilk olaraq, “Azərreyl”in oyunçularını və rəhbərliyini çempionluq münasibətilə təbrik edib. O, bu il ölkə çempionatlarının kifayət qədər maraqlı və gərgin keçdiyini bildirib. Həmçinin qarşılaşmaların, birinciliyin açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Hər bir oyunçuya gözəl mübarizə üçün təşəkkür edən Ş.Bağırov onlara karyeralarında uğurlar arzulayıb.

“Azərreyl”in rəhbəri Orxan Kərimov və baş məşqçilər onlara göstərilən diqqətə görə AVF rəhbərliyinə təşəkkürlərini bildiriblər. Daha sonra klubun simvolik formasını Ş.Bağırova və B.Quliyevə təqdim ediblər. “Azərreyl”in qadınlardan ibarət komandasının baş məşqçisi Cengiz Akarçeşme isə müəllifi olduğu “Müasir voleybol” kitabını Ş.Bağırova hədiyyə edib.


Facebook-da paylaş

Xəbəri paylaş