Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

Azərbaycanın deflimpiyaçı güllə atıcısı Əli İskəndərli Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
BrendSport.az xəbər verir ki, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma növü üzrə yarışlarda 3-cü yeri tutub. Bu, atıcılıq üzrə Azərbaycan deflimpiya tarixində ilk medal kimi tarixə düşüb.
Milli komandanın digər üzvü Nicat Əzimov isə yarışda 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, Azərbaycan ilk dəfə eşitmə qabiliyyəti məhdud olan atıcılar arasında Avropa çempionatında təmsil olunur.
Facebook-da paylaş





















