Əsas Səhifə > Milli komandalar > Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıbBu gün, 15:54 |
![]() Azərbaycanın deflimpiyaçı güllə atıcısı Əli İskəndərli Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb. BrendSport.az xəbər verir ki, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma növü üzrə yarışlarda 3-cü yeri tutub. Bu, atıcılıq üzrə Azərbaycan deflimpiya tarixində ilk medal kimi tarixə düşüb. Milli komandanın digər üzvü Nicat Əzimov isə yarışda 5-ci yerlə kifayətlənib. Qeyd edək ki, Azərbaycan ilk dəfə eşitmə qabiliyyəti məhdud olan atıcılar arasında Avropa çempionatında təmsil olunur. Geri qayıt |