Şarl Lekler: Tam olaraq istədiyimizi edə bilmədik

Sıralama turunda bolid özünü həftəsonunun digər sessiyalarına nisbətən daha yaxşı aparsa da, tam olaraq istədiyimizi edə bilmədik.
BrendSport.az xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda ikinci yeri tutan "Ferrari" komandasının pilotu Şarl Lekler deyib.
Sərbəst yürüşlərdən etibarən müəyyən çətinliklərlə üzləşdiklərini bildirən monakolu sürücü əlavə edib: “Bu həftəsonu təkərləri lazımi temperaturda saxlamaq xüsusilə çətin idi. Sərbəst yürüşlərdə sabit temp göstərməkdə çətinlik çəkdik. Sıralama turunda bu baxımdan daha yaxşı çıxış etdik, amma liderlə aramızdakı fərq hələ də böyükdür. Üzərində işləməli olduğumuz və inkişaf etdirməli olduğumuz çox məqam var”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.
Facebook-da paylaş





















