Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şarl Lekler: "Bakıda liderliyi əldə saxlamaq çətin olacaq"



"Unutmamalıyıq ki, bolidimiz hələ də rəqabətdə "Red Bull"a uduzur. Bu səbəbdən də Bakıda liderliyi əldə saxlamaq çətin olacaq".

BrendSport.az xəbər verir ki, bunu "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunu ilk pillədə bitirən "Ferrari" pilotu Şarl Lekler deyib.

O, öz çıxışından razı qaldığını söyləyib: "Yarış həftəsindən əvvəl fikirləşirdik ki, "Aston Martin" və "Mercedes"i qabaqlamalıyıq. Nəticədə sıralama turunu birinci pillədə bitirdik. Bu, bizim üçün xoş sürpriz oldu. Dövrəni yaxşı başa vurdum. Bu həftəsonunda bütün sürücülərin qarşısına çətin hədəf qoyulub. Çünki bir sərbəst yürüşümüz var. Bizi sabah daha ciddi sınaq gözləyir. Yaxşı nəticə üçün çalışmalıyıq".

Qeyd edək ki, Azərbaycan Qran-prisinə aprelin 30-da yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş