Pyer Qasli: Formula 1 Azərbaycan Qran-Prisi möhtəşəm idi
İnanılmaz yürüş oldu. Nə deyəcəyimi bilmirəm. Azərbaycan Qran-Prisi möhtəşəm idi.
BrendSport.az xəbər verir ki, bunu Formula 1 Azərbaycan Qran-Prisində üçüncü olan "Alpha Tauri" komandasının pilotu Pyer Qasli deyib.
Fransalı sürücü Bakıda podiuma çıxacağını gözləmədiyini bildirib: "Amma sonunda bunu bacardıq. Həqiqətən inanılmazdır. Karyeramda üçüncü dəfə podiuma qalxıram. Daha əvvəllər birinci və ikinci olmuşam. Bu gün isə yarışı üçüncü sırada başa vurdum”.
Qasli bugünkü yarışın çox çətin keçdiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. S.Peres Bakı şəhər halqasında 51 dövrəni hamıdan (1:44.703) başa vuraraq podyumda birinci pillənin sahibi olub. İkinci yeri “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastian Fettel (1:45.138) qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.

Facebook-da paylaş