Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ferstappen Formula 1 Avstraliya Qran-Prisinin birinci məşqində liderdir

Ferstappen Formula 1 Avstraliya Qran-Prisinin birinci məşqində liderdir


Melburndakı avtodromda Formula 1 çempionatının üçüncü mərhələsinin - Avstraliya Qran-Prisinin birinci məşqi başa çatıb.
BrendSport.az xəbər verir ki, məşqin yekunlarına görə ən yaxşı nəticəni “Red Bull” komandasının niderlandlı pilotu, hazırkı dünya çempionu Maks Ferstappen göstərib. İkinci nəticəni “Mercedes” komandasının təmsilçisi Lyuis Hemilton nümayiş etdirib. Üçlüyü Ferstappenin komanda yoldaşı Serxio Peres qapayıb.
“Aston Martin” komandasının pilotu Fernando Alonso dördüncü yerdə, “Ferrari”nin pilotu Şarl Lekler isə beşinci yerdə qərarlaşıb.
Məşq zamanı trasda GPS ilə bağlı problem səbəbindən qırmızı bayraqlarla 15 dəqiqəlik fasilə yaranıb. Bu, trafiklə bağlı bir neçə təhlükəli vəziyyət əmələ gətirib. Rəhbərlik bunu nəzərə alaraq, problemlər aradan qaldırılanadək məşqin dayandırılması barədə qərar qəbul edib. Buna təqribən 15 dəqiqə vaxt sərf olunub.
Yekunda məşq vaxtından əvvəl başa çatıb, “Williams” komandasının pilotu Loqan Sarjent mübarizəni dayandırıb.


Facebook-da paylaş

Xəbəri paylaş