Melburnda ikinci məşqdə Fernando Alonso irəlidədir
“Aston Martin” komandasının pilotu Fernando Alonso Avstraliya Qran-Prisində cümə günü keçirilən sərbəst yürüşlərin ikinci hissəsinə başçılıq edir, lakin sessiyanın nəticələri o qədər də nümunəvi alınmayıb.
BrendSport.az xəbər verir ki, sinoptiklər günortadan sonra yağış yağacağını hələ bir neçə gün bundan əvvəl proqnozlaşdırıblar və heç də səhv etməyiblər. Sessiyaya startdan 15 dəqiqə sonra yağış çiləməyə başlayıb, pilotlar bokslara qayıdıblar. Şərait bir qədər sabitləşdikdən sonra pilotlar aralıq şinlərində trekə dönüblər. Məşqin sonunadək hava yaxşılaşmayıb.
Ən sürətli göstəricini (1.18.887) yağışa qədər Alonso nümayiş etdirib, lakin bu nəticə Maks Ferstappenin səhər göstərdiyi nəticədən də (1.18,790) aşağı olub. İkinci məşqin yekunlarına əsasən nəticə müəyyən etmək mümkün olmayıb.
Avstraliya Qran-Prisinin hazırkı çempionu, liderdən 0,445 saniyə geriləyən Şarl Lekler ikinci, Ferstappen isə üçüncü yerdə qərarlaşıb.
Facebook-da paylaş