“Naxçıvan” amerikalı basketbolçu ilə heyətini gücləndirib

“Naxçıvan” basketbol klubu heyətinə yeni oyunçu cəlb edib.
BrendSport.az xəbər verir ki, komanda amerikalı basketbolçu Maylz Uilmosla müqavilə imzalayıb. 2,08 metr boya malik 25 yaşlı basketbolçu karyerasının sonuncu mövsümünü NCAA-də mübarizə aparan “Kanisius Qolden Qriffins” komandasında keçirib.
Qeyd edək ki, amerikalı basketbolçu ilə imzalanan müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.
Facebook-da paylaş





















