Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub



Azərbaycan tennisçisi Tamerlan Əzizov “M15 Baku” beynəlxalq tennis turnirində uğurla çıxış edib.

BrendSport.az
xəbər verir ki, təmsilçimiz turnirdə ilk matçında qələbə qazanıb və növbəti mərhələyə vəsiqəni təmin edib.

Peşəkar karyerasında mühüm uğura imza atan T.Əzizov bu nəticə ilə həm tək, həm də cütlər kateqoriyasında ilk ATP reytinq xallarını qazanıb. Hazırda o, hər iki kateqoriya üzrə ATP reytinq siyahısında yer alan yeganə milli oyunçudur.

Qeyd edək ki, ATP xalı kişi tennisçilərin rəsmi turnirlərdə əldə etdikləri nəticələrə əsasən verilən reytinq xalıdır. Son 52 həftənin göstəricilərini əks etdirən bu reytinq idmançıların dünya üzrə sıralamasını müəyyənləşdirir və onların beynəlxalq turnirlərə qatılmaq imkanlarına təsir göstərir. İlk ATP xalının qazanılması peşəkar dünya reytinqinə inteqrasiya baxımından əhəmiyyətli addım hesab olunur.


Facebook-da paylaş

Xəbəri paylaş