Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rusiyalı tennisçi Daniil Medvedev “Masters” seriya turnirinin qalibi olub

Rusiyalı tennisçi Daniil Medvedev “Masters” seriya turnirinin qalibi olub

Rusiyalı tennisçi Daniil Medvedev “Masters” seriyası çərçivəsində Torontoda keçirilən turnirin qalibi olub.
BrendSport.az xəbər verir ki, Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində ikinci sırada qərarlaşan D.Medvedev finalda ABŞ təmsilçisi Reylli Opelka ilə qarşılaşıb. Görüş rusiyalı tennisçinin qələbəsi ilə başa çatıb - 6:4 və 6:3. Bu, onun cari mövsümdə 3-cü, karyerasında isə 12-ci titul olub.
Avqustun 8-də start verilən və mükafat fondu 2,85 milyon dollar olan turnirdə qazandığı qələbə sayəsində rusiyalı raketka ustası ATP-nin reytinq siyahısındakı mövqeyini qoruyub.
R.Opelka isə finalda məğlub olmasına baxmayaraq, reytinq siyahısında yeddi pillə irəliləyərək 25-ci sırada qərarlaşıb.
Monreal şəhərində keçirilən qadınların analoji turnirində isə italiyalı Kamila Ciorci birinci yeri tutub. ATP-nin reytinq siyahısında 71-ci olan raketka ustası finalda çexiyalı tennisçi, reytinqdə altıncı yerdə qərarlaşan Karolina Plişkovanı məğlub edib – 6:3, 7:5. Karyerasında 3-cü titulunu qazanan 29 yaşlı K.Corci bu qələbə sayəsində ATP-nin reytinq cədvəlində 34-cü pilləyə qalxıb.
Qadın tennisçilərin turnirində mükafat fondu 1,8 milyon dollar təşkil edib.


Facebook-da paylaş

Xəbəri paylaş