Teymur Rəcəbov “Chessable Masters” turnirində çıxışını başa vurub
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Chessable Masters” turnirində çıxışını başa vurub.
BrendSport.az xəbər verir ki, təmsilçimiz turnirin B qrupunda mübarizə aparıb. Yekun nəticəyə görə 4,5 xal toplayan T.Rəcəbov beşinci yerdə qərarlaşıb. Qrupda ilk dördlükdə yer alan hollandiyalı Aniş Giri (6 xal), çinli Liren Dinq, rusiyalı Yan Nepomnyaşi (hərəyə 5,5 xal) dörddəbir finala vəsiqə qazanıb.
Yarışın A qrupunda isə norveçli dünya çempionu Maqnus Karlsen, rusiyalı şahmatçılar Vladislav Artemiyev, Aleksandr Qrişuk, amerikalı Hikaru Nakamura növbəti mərhələyə keçib.
Qeyd edək ki, bu yarış Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsidir. Beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsi - “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələ - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb.
Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.
Facebook-da paylaş