“Wimbledon-2021”: Novak Cokoviç kanadalı tennisçi Denis Şapovalovı məğlub edərək finala yüksəlib
İyulun 9-da tennis üzrə kişilər arasında “Böyük Dəbilqə” seriyasından London açıq turnirində (Wimbledon) ikinci yarımfinal görüşü keçirilib.
BrendSport.az xəbər verir ki, görüşdə Novak Cokoviç (Serbiya) Kanada təmsilçisi Denis Şapovalovla ilə üz-üzə gəlib. Görüş serbiyalı tennisçinin inamlı qələbəsi ilə başa çatıb - 3:0 (7:6, 7:5, 7:5).
Dörddəbir finalda Novak Cokoviç macarıstanlı Marton Fuçoviçdən (6:3, 6:4, 6:4), Denis Şapovalov isə rusiyalı Karen Xaçanovdan (4:6, 6:3, 7:5, 1:6, 4:6) güclü olub.
Xatırladaq ki, yarımfinal mərhələsinin digər görüşündə Matteo Barrettini (İtaliya) Xubert Qurkaçdan (Polşa) üstün olub - 3:1 (6:3, 6:0, 6:7, 6:4)
Turnirin final görüşü iyulun 11-də keçiriləcək.
Qeyd edək ki, “Wimbledon” mövsümün üçüncü “Böyük Dəbilqə” turniridir. Sayca 134-cü turnirin ümumi mükafat fondu 40 milyon avro təşkil edir. Bu turnirin sonuncu çempionu 2019-cu ildə serbiyalı Novak Cokoviç olub. Ötən il pandemiya səbəbindən “Wimbledon” turniri keçirilməyib.
Facebook-da paylaş