"US Open"də final görüşü
Bu gün kişi tennisçilər arasında "US Open" turnirinin final görüşü keçiriləcək.
Nyu-Yorkda keçirilən kişilər arasında tennis üzrə nüfuzlu turnirlərdən olan "US Open"in final görüşündə argentinalı Xuan Martin del Potro və serbiyalı Novak Cokoviç üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə gecə saat 12-də baş tutacaq.
Novak Cokoviç "US Open" turnirinin yarımfinal mərhələsinin ilk oyununda Yaponiya idmançısı Key Nişikori ilə üz-üzə gəlib. İki saat 23 dəqiqə davam edən görüşdə serbiyalı Novak Cokoviç üç setdə qələbə qazanıb - 6:3, 6:4, 6:2.
Xuan Martin del Potro isə həmin mərhələdə Rafael Nadali məğlub edib - 7:3, 6:2. Görüş Rafael Nadalın ikinci setdə zədələnməsi ilə əlaqədar hakim tərəfindən dayandırılıb.
Novak Cokoviç "Böyük dəbilqə" seriyalı tennis turnirini qazanan ilk serb tennisçi kimi tarixə düşüb. N.Cokoviç ilk dəfə "Böyük dəbilqə" seriyasında iştiraki 2005-ci ilə təsadüf edir. İlk debüt çıxışında Novak Cokoviç həmin il turnirin qalibi Marat Safina uduzub - 6:0, 6:2, 6:1. İdmançının ilk uğuru 2006-ci ildə Zaqrebdə keçirilən turnirdə yarımfinala yüksəlməsi olub. 2008-ci ildə Novak finalda oynamaq hüququ qazanıb. O, yarımfinalda Rojer Federeri üç setə məğlub edib. Finalda fransalı tennisçi Jo-Ulfrid Tsonqanı məğlub edərək karyerasında ilk dəfə "Böyük dəbilqə" seriyası turnirinin qalibi adını qazanıb. Ümumilikdə isə serbiyalı idmançı 13 dəfə "Böyük dəbilqə" seriyası turnirində rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xuan Martin del Potro final mərhələsində qalib gəlsə karyerasında ikinci dəfə "Böyük dəbilqə" seriyasında qalib adı qazanacaq. Potronun karyerasında ən böyük uğuru 2009-ci ildə təsadüf edir. O, həmin il "Böyük dəbilqə" seriyasında yarımfinalda Rafayel Nadali, finalda isə Rojer Federeri məğlub edərək turnirin qalib adı qazanıb. Xuan Martin del Potro "Böyük dəbilqə" seriyasında qalib gələn ikinci argentinalı kimi tarixə düşüb. Bu titulu ilk dəfə 1977-ci ildə həmyerlisi Qilyermo Vilas qazanmışdı. (AZƏRTAC)
Facebook-da paylaş