Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Roland Garros: finalda Novak Cokoviç və Stefanos Tsitsipas qarşılaşacaq



BrendSport.az xəbər verir ki, ikinci yarımfinal görüşündə Novak Cokoviç (Serbiya) və Rafael Nadal (İspaniya) üz-üzə gəlib. Qarşılaşma serbiyalı tennisçinin qələbəsi ilə başa çatıb – 3:1 (3:6, 6:3, 7:6 7:4, 6:2).

Novak Cokoviç finalda yunanıstanlı tennisçi Stefanos Tsitsipasla üz-üzə gələcək. Final oyunu iyunun 13-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

R.Nadal və N.Cokoviç “Böyük dəbilqə” seriyası turnirlərində 58 dəfə qarşılaşıblar. Onların 30-da Cokoviç üstün olub.

Roland Garros turnirində isə bu idmançılar 9 dəfə qarşılaşıblar. İkisində serbiyalı, 7-də isə ispaniyalı tennisçisi qalib gəlib. Ötən il Fransa açıq çempionatının finalında Rafael Nadal Novak Çokoviçi 3:0 (6:0, 6:2, 7:5) hesabı ilə məğlub edib.


Facebook-da paylaş

Xəbəri paylaş