“Roland Garros”da kişilərin yarışında ilk finalçı məlum olub
BrendSport.az xəbər verir ki, yarımfinal görüşündə Aleksander Zverev (Almaniya) və Stefanos Tsitsipas (Yunanıstan) üz-üzə gəlib.
Gərgin keçən görüş yunanıstanlı tennisçinin qələbəsi ilə başa çatıb (6:3, 6:3, 4:6, 4:6, 6:3).
Stefanos Tsitsipas finalda Novak Cokoviç və Rafael Nadal arasında keçirilən görüşün qalibi ilə qarşılaşacaq.
Facebook-da paylaş