Peşəkar Tennisçilər Assosiasiyası isti hava şəraitində keçirilən matçlar üçün yeni qaydaları təsdiqləyib

Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) Direktorlar Şurası isti hava şəraitində matçların keçirilməsi ilə bağlı yeni qaydaları təsdiqləyib.
BrendSport.az xəbər verir ki, yeni reqlament 2026-cı ildən etibarən qüvvəyə minəcək. Belə ki, kişi tennisində Qadın Tennis Assosiasiyasının (WTA) tətbiq etdiyi qaydalardan istifadə olunacaq. Yeni qaydalara əsasən, havanın temperaturu 30,1 dərəcə Selsidən yuxarıdırsa, üçsetli matçlarda oyunçulardan birinə istədiyi halda ikinci setdən sonra 10 dəqiqəlik fasilə verilə bilər. Temperaturun 32,2 dərəcəni keçdiyi hallarda isə görüşün müvəqqəti dayandırılması nəzərdə tutulur.
ATP bu dəyişikliklərin oyunçuların sağlamlığını qorumaq məqsədi daşıdığını bildirib.
Facebook-da paylaş





















