Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Formula 1": Sıralama turu yenidən bərpa olunub



"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu yenidən bərpa olunub.

BrendSport.az xəbər verir ki , yarış "Alpin" komandasından Pyer Qaslinin qəza törətməsi səbəbindən dayandırılmışdı.

17:31
"Alpin" komandasından Pyer Qasli "Formula 1" üzrə Azərbaycan Qran-prisində növbəti dəfə uğursuzluqla üzləşib.

"Report"un məlumatına görə, sıralama turunda fransalı sürücü üçüncü döngədə qəza törədib.

Nəticədə qırmızı bayraq qaldırılıb və pilot mübarizəni sonadək davam etdirə bilməyib.

Qeyd edək ki, Qaslinin avtomobili sərbəst yürüşdə yanmışdı.

17:25
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu bərpa olunub.

"Report"un məlumatına görə, yarış "Alfa Tauri"dən Nik de Vrisin qəza törətməsi səbəbindən dayandırılmışdı.

17:00
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

"Report"un məlumatına görə, yarış saat 17:00-da start götürüb.

Bugünkü sərbəst yürüşdə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib. "Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.

Qeyd edək ki, aprelin 29-da "Formula 1"də sprint, aprelin 30-da isə əsas yarış təşkil olunacaq.

Azərbaycan Qran-prisinədək "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 132 xalla liderdir. Onun meksikalı komanda yoldaşı Serxio Peres 116 xalla ikinci, "Aston Martin"in ispaniyalı sürücüsü Fernando Alonso 85 xalla üçüncü pillədə qərarlaşıb. "Mercedes"dən britaniyalı Lüis Hemilton 64 xalla dördüncü, Alonsonun "Ferrari"dəki həmyerlisi Karlos Sayns 39 xalla beşincidir.

Konstruktorlar kubokunda "Red Bull" 123 xalla birinci, "Aston Martin" 65 xalla ikinci, "Mercedes" 56 xalla üçüncü yerdədir.


Facebook-da paylaş

Xəbəri paylaş