Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda Formula 2 yarışlarına start verilib

Bakıda Formula 2 yarışlarına start verilib
Aprelin 28-də Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib.

BrendSport.az
xəbər verir ki, 45 dəqiqə davam edəcək sərbəst yürüş başa çatdıqdan sonra saat 13:30-dan 14:30-dək Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da Formula 2-də, 17:00-da isə Formula 1-də sıralanma turu başlayacaq.
Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.
Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.
Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 24-26-da Əbu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq.
Qeyd edək ki, yarışı qazilər və şəhid ailələrinin üzvləri də izləyəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş