Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Formula 2-də debüt edəcək “Van Amersfoort” komandasının ikinci pilotu müəyyənləşib

Formula 2-də debüt edəcək “Van Amersfoort” komandasının ikinci pilotu müəyyənləşib


Cari il Formula 2 yarışında debüt edəcək “Van Amersfoort” komandasının ikinci pilotu müəyyənləşib.
BrendSport.az xəbər verir ki, Niderland təmsilçisi Amori Kordil ilə müqavilə imzalayıb. Belçikalı pilot 2022-ci il mövsümündə “Van Amersfoort” komandasının heyətində mübarizə aparacaq.
2021-ci ildə Formula 3-də çıxış edən pilot mövsümü xalsız başa vurub. A.Kordil “Van Amersfoort” komandasında britaniyalı pilot Ceyk Hyuz ilə birgə yarışacaq.
Qeyd edək ki, Formula 2 üzrə dünya çempionatının yeni mövsümü martın 20-də Bəhreyndə start götürəcək. Mövsümə noyabrın 20-də Əbu-Dabidə yekun vurulacaq. Mövsümün altıncı mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək. Formula 2 yarışı yeni mövsümü rekord sayda - 14 mərhələdən ibarət olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş