Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsümün püşkü atılıb



Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatında 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan tədbirdə ilk turda üz-üzə gələcək komandalar bəlli olub.

I tur

Qadınlar

“Murov Az terminal”- “Abşeron”

“Milli Aviasiya” – “Gəncə”

“Azərreyl” – UNEC

Kişilər

“Neftçi” – “Murov Az Terminal”

“Azərreyl” – “Xarı Bülbül Laçın”

MOİK - “Xarı Bülbül Şuşa”

Tədbirdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev komandaların sayında artım olduğunu bildirib: "Son dönəmlərdə komandaların sayı 4 idi. Amma indi say artaraq altıya çatıb. Qarşımızda duran əsas vəzifə ölkə çempionatını gücləndirmək, klubların sayını artırmaq və milli komandanı formalaşdırmaqdır".


Facebook-da paylaş

Xəbəri paylaş