Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş voleybol yarışı keçiriləcək

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş voleybol yarışı keçiriləcək
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş voleybol üzrə “Heydər Əliyev kuboku” təşkil olunacaq.

BrendSport.az
Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, aprelin 25-də start götürəcək yarışda həm qadın, həm də kişi idmançılar mübarizə aparacaqlar.
Qadınların mübarizəsində Birinci Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Ryuga”, Murov-2”, “Xarı bülbül” və Yüksək Liqada çıxış edən UNEC, “Azərreyl”, “Abşeron”, “Murov” komandaları yarışacaqlar.
Kişilərin yarışında isə Birinci Liqada ilk dörd pilləni tutmuş üç komanda – “Təhsil”, “Express”, “Xarı bülbül-2” və Yüksək Liqada çıxış edən MOİK, “Murov”, “Neftçi”, “Xarı bülbül” komandaları mübarizə aparacaqlar
Dörd gün davam edəcək turnir Olimpiya sistemi ilə keçiriləcək və məğlub komandalar mübarizəni dayandıracaqlar. Qaliblər yarımfinalda üz-üzə gələcəklər. Aprelin 28-də isə kubok yarışlarının final görüşləri baş tutacaq.
Qarşılaşmalar Azərbaycan Voleybol Federasiyasının idman zalında, “Murov” klubunun idman zallarında və Voleybol Mərkəzində təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş