Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəlib



"Qarabağ" UEFA Konfrans Liqasında pley-offa yüksəlib.

BrendSport.az
xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub.

Ümumi hesabda rəqibini 2:1 üstələyən "Qarabağ" adını pley-offa yazdırıb.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib - 6:0.


Facebook-da paylaş

Xəbəri paylaş