Əsas Səhifə > Maraq > Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəlib
Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəlibDünən, 22:00 |
![]() "Qarabağ" UEFA Konfrans Liqasında pley-offa yüksəlib. BrendSport.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub. Ümumi hesabda rəqibini 2:1 üstələyən "Qarabağ" adını pley-offa yazdırıb. Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib - 6:0. Geri qayıt |