Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çövkən üzrə Prezident Kubokunda mübarizə aparacaq komandalar bəlli olub


Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək çövkən üzrə Prezident Kubokunda iştirak edəcək komandalar açıqlanıb.

BrendSport.az
xəbər verir ki, dekabrın 15-24-də Binə Atçılıq Mərkəzində baş tutacaq yarışda “Sərhədçi-Dilbaz”, “Şirvan”, “Sərhədçi-Qarabağ”, “Zəfər”, “Polad”, “Embavood”, “Köhlən” və “Omar” çövkən komandaları qüvvəsini sınayacaqlar. Səkkiz kollektiv hərəsində dörd komanda olmaqla iki qrupda mübarizə aparacaq.

Prezident Kubokuna dekabrın 15-də start veriləcək. İlk oyun saat 10:00-da, növbəti iki qarşılaşma müvafiq olaraq, 11:00 və 12:00-da başlayacaq.

Saat 15:00-da isə yarışın təntənəli açılış mərasimi təşkil olunacaq.

Qrup oyunlarının nəticələrinə əsasən, ilk iki pilləni tutan komandalar yarımfinala yüksələcəklər. Yarışlar bütün oyun günləri saat 10:00-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş