Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti Prezident Kuboku keçiriləcək. Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunacaq turnirdə Ağstafa və Ağcabədi rayonlarını təmsil edən klublarla yanaşı, Bakıdan da 6 komanda iştirak edəcək.
BrendSport.az xəbər verir ki, ümumilikdə 8 komandanın qatılacağı yarışlarda 2 qrupda heyətlər güclərini sınayacaq. Dekabrın 15, 17 və 19-u qrup oyunları, dekabrın 21-i yarımfinal və dekabrın 23-də isə turnirin finalı baş tutacaq. Qrup oyunlarının nəticələrinə əsasən hər iki qrupu 1 və 2-ci yerlərdə bitirən komandalar yarımfinala yüksələcək. Oyun günləri yarışlar saat 10:00-da start götürəcək.
Turnirin püşkatması və mətbuat konfransı dekabrın 14-də, saat 12:00-da “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.
Facebook-da paylaş