Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarılır



UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində İngiltərədə “Liverpul” və “Qarabağ” arasında keçiriləcək matçın biletləri bu gün satışa çıxarılacaq.

BrendSport.az
xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün ayrılmış vauçerlər saat 12:00-dan etibarən iTicket.az saytında satışda olacaq. Biletlərin qiyməti 115 manat təşkil edir.

Bildirilib ki, vauçerlər ilkin olaraq iTicket.az-dan əldə ediləcək, oyun gününə qədər isə göstərilən e-mail ünvanına göndəriləcək.

Matçın keçiriləcəyi “Enfild” stadionunda “Qarabağ” azarkeşləri üçün 1250 yer ayrılıb. Təhlükəsizlik məqsədilə yalnız A5 ölçüsünü keçməyən əl çantası (148.5 x 210 millimetr) ilə girişə icazə veriləcək.

Qeyd edək ki, yanvarın 28-dən 29-na keçən gecə təşkil olunacaq "Liverpul" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş