Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Apellyasiya Arbitraj Tribunalı 3 oyunun nəticəsini ləğv edib



AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.

BrendSport.az
xəbər verir ki, yığıncaqda 3 klubun şikayətinə baxılaraq, müvafiq qərarlar qəbul edilib.

Region Liqasında çıxış edən “Ağsu Siti”, “Hacıqabul” və “Lokomotiv Baku” klubları tərəfindən verilən apellyasiya şikayəti təmin edilib. Hər üç klubun öz oyunlarının baş tutmamasında təqsiri olmadığı müəyyən edilib.

Belə ki, “Ağsu Siti” - “Ağcabədi”, “Lokomotiv Baku” – “Kristal” oyunları təhlükəsizlik təminatı olmadığına, “Hacıqabul” – “Ucar” matçı həkimlə təmin edilmədiyinə görə baş tutmadığı üçün meydan sahibi komandalara texniki məğlubiyyət verilməsi barədə AFFA İntizam Komitəsinin qərarları ləğv edilib.


Facebook-da paylaş

Xəbəri paylaş