Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib



Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.

BrendSport.az
xəbər verir ki, iclasda “Neftçi”nin futbolçusu İqor Ribeyro ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Misli Premyer Liqasının III turunun “Turan Tovuz” oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılan futbolçu, eləcə də klubun 3000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

Tərəflərə Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü izah edilib.


Facebook-da paylaş

Xəbəri paylaş