Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rusiya Futbol İttifaqının şikayətinə baxılmadı



İsveçrə Ali Məhkəməsi Rusiya Futbol İttifaqının (RFS) müraciətinə baxmayıb.

BrendSport.az
xəbər verir ki, bu barədə qurum açıqlama yayıb.

Məhkəmə apellyasiya şikayətinə vaxtında verilmədiyi üçün baxmadıqlarını bildirib: "Bu səbəbdən hakim bunu qəbuledilməz sayıb. Qərar tərəflərə və CAS-a çatdırılıb".

Qaydalara əsasən, RFS-in apellyasiya şikayəti üçün 30 gün vaxtının olduğu, lakin buna əməl edilmədiyi vurğulanıb.

Qeyd edək ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya millisini, həmçinin bu ölkənin klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb. İdman Arbitraj Məhkəməsi isə RFS-nin şikayətini rədd edib.


Facebook-da paylaş

Xəbəri paylaş