Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Benzema ilə bağlı qərar noyabrda veriləcək

Benzema ilə bağlı qərar noyabrda veriləcək

“Real”ın futbolçusu Kərim Benzema ilə “Fənərbaxça”nın üzvü Matye Valbuena arasında keçiriləcək məhkəmənin vaxtı açıqlanıb.

Xarici mətbuatda yayılan xəbərə görə, Fransanın kassasiya məhkəməsi futbolçular arasındakı məsələdə son qərarın 8 noyabrda keçiriləcək məhkəmədə veriləcəyini bildirib.

Apellyasiya məhkəməsi Benzemanın şikayətini rədd etmişdi.

Kərim Benzemanın da adının hallandığı bir qrup şəxs Valbuenanı şantaj edərək, ondan pul tələb etmişdilər. Şantajçılar pul verilməyəcəyi təqdirdə, Valbuenanı intim videolarını yayacaqları ilə hədələmişdilər.

Bu qalmaqaldan sonra hər iki futbolçu Fransa yığmasına çağırılmır.


Facebook-da paylaş

Xəbəri paylaş