Əsas Səhifə > Maraq > Rusiya Futbol İttifaqının şikayətinə baxılmadı
Rusiya Futbol İttifaqının şikayətinə baxılmadı23-02-2023, 20:22 |
İsveçrə Ali Məhkəməsi Rusiya Futbol İttifaqının (RFS) müraciətinə baxmayıb. BrendSport.az xəbər verir ki, bu barədə qurum açıqlama yayıb. Məhkəmə apellyasiya şikayətinə vaxtında verilmədiyi üçün baxmadıqlarını bildirib: "Bu səbəbdən hakim bunu qəbuledilməz sayıb. Qərar tərəflərə və CAS-a çatdırılıb". Qaydalara əsasən, RFS-in apellyasiya şikayəti üçün 30 gün vaxtının olduğu, lakin buna əməl edilmədiyi vurğulanıb. Qeyd edək ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya millisini, həmçinin bu ölkənin klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb. İdman Arbitraj Məhkəməsi isə RFS-nin şikayətini rədd edib. Geri qayıt |