Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Olimpiya və dünya çempionu olmuş həndbolçu vəfat edib



SSRİ-nin əməkdar həndbol məşqçisi Anatoli Yevtuşenko 91 yaşında vəfat edib.

BrendSport.az
xəbər verir ki, bu barədə Rusiya Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Veteran idmançının ölüm səbəbi açıqlanmayıb.

A.Yevtuşenko 20 ildən çox SSRİ-nin kişilərdən ibarət həndbol komandasına rəhbərlik edib. O, komandaya iki dəfə Olimpiya Oyunlarının, bir dəfə isə dünya çempionatının qızıl medalını qazandırıb.

Anatoli Yevtuşenko məşqçilik karyerası ərzində Küveyt yığmasına da rəhbərlik edib və kollektivi 1996-cı il Olimpiadasına çıxarıb.


Facebook-da paylaş

Xəbəri paylaş