İdmanda qadağan edilmiş maddələrlə bağlı dəyişikliklər qüvvəyə minib

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı Qadağan edilmiş maddələrinlə bağlı dəyişikliklər 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib.
BrendSport.az xəbər verir ki, siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar, müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.
2026-cı il üçün açıqlanan Qadağan edilmiş maddələrin siyahısı AMADA tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Facebook-da paylaş





















