Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AMADA avarçəkənlər üçün seminar keçib



Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) noyabrın 14-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında (AKAF) avarçəkənlər üçün növbəti seminar təşkil edib.

BrendSport.az
xəbər verir ki, agentliyin mütəxəssisi idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları haqda məlumat verib. Eyni zamanda, həmin maddələrin qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahılar barədə yeniyetmə və gənc avarçəkənlər maarifləndiriliblər.

İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlardan bəhs olunub.









Facebook-da paylaş

Xəbəri paylaş