Əsas Səhifə > Milli komandalar > Şahmatçılarımız erməni həmkarlarına qalib gəldi
Şahmatçılarımız erməni həmkarlarına qalib gəldi28-09-2018, 21:10 |
Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti turun görüşləri baş tutub. Azərbaycanın kişilərdən ibarət milli komandası 5-ci turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb. Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sarqissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb. 5 turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir. Ermənistan - Azərbaycan 1,5:2,5 Levon Aronyan - Şəhriyar Məmmədyarov 0:1 Qabriel Sarqissyan - Teymur Rəcəbov 0:1 Qrant Melkumyan - Arkadi Naydiç 1:0 Hayk Martirosyan - Rauf Məmmədov 0,5:0,5 Qadınlardan ibarət Azərbaycan yığması isə Yunanıstana qalib gəlib: Yunanıstan - Azərbaycan 1:3 Anna-Mariya Botsari - Zeynəb Məmmədyarova 0,5:0,5 Stavrula Tsolakidu - Xanım Balacayeva 0:1 Anastasiya Avramidu - Gülnar Məmmədova 0,5:0,5 Haritomeni Markantonaki - Ülviyyə Fətəliyeva 0:1 Geri qayıt |