Şahmatçılarımızdan olimpiadada növbəti qələbə
Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında 3-cü turun oyunları keçirilib.
Kişilərdən ibarət Azərbaycan millisi Sloveniya ilə üz-üzə gəlib. Qadın şahmatçılarımız İngiltərə ilə qarşılaşıb. Hər iki milli komanda rəqiblərini məğlub edib.
Azərbaycan - Sloveniya - 3.5:0.5
Şəhriyar Məmmədyarov - Yure Borişek - 0.5:0.5
Arkadi Naydiç - Matey Şebenik - 1:0
Rauf Məmmədov - Yure Şkoberne - 1:0
Eltac Səfərli - Boris Markoja - 1:0
Ş.Məmmədyarovla R.Məmmədov ağ, A.Naydiç və E.Səfərli isə qara fiqurlarla oynayıb.
İngiltərə - Azərbaycan - 1:3
Yovanka Quska - Günay Məmmədzadə - 1:0
Akşaya Kalayyalaxan - Zeynəb Məmmədyarova - 0:1
Dagne Çiukşite - Xanım Balacayeva - 0:1
Luiza Hed - Gülnar Məmmədova - 0:1
Z.Məmmədyarova ilə G.Məmmədova ağ, G.Məmmədzadə və X.Balacayev isə qara fiqurlarla oynayıb.
Qeyd edək ki, Azərbaycanın hər iki komandası ilk iki turda da qələbə qazanıb.
Facebook-da paylaş