Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahmatçılarımızdan növbəti bərabərlik



Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, bu gün III turun görüşləri baş tutub.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunda ağ fiqurlarla oynayıb. “Şah”ın rəqibi rusiyalı Sergey Karyakin olub.

Teymur Rəcəbov isə Aniş Qiriyə qarşı “qaralar”la mübarizə aparıb.

Təmsilçilərimizdən ən çətin oyun Rauf Məmmədovu gözləyirdi. Belə ki, Məmmədov dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Rauf ağ fiqurlarla çıxış edib.

Sonda şahmatçılarımızın hər 3-ü rəqibləri ilə heç-heçə oynayıb.

“Shamkir Chess 2018”

III tur

21 aprel

David Navara (Çexiya, 2745) – Radoslav Voytaşek (Polşa, 2744) - 0,5:0,5

Aniş Giri (Hollandiya, 2777) – Teymur Rəcəbov (Azərbaycan, 2748) - 0,5:0,5

Dinq Liren (Çin, 2778) – Veselin Topalov (Bolqarıstan, 2749)

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) – Sergey Karyakin (Rusiya, 2778) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2704) – Maqnus Karlsen (Norveç, 2843) - 0,5:0,5


Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarış 9 turdan ibarət olacaq.

Turnir cədvəli: Karlsen, Məmmədyarov, Dinq, Karyakin, Giri, Topalov, Rəcəbov, Navara, Voytajek, Məmmədov – hamısı 1 xal.


Facebook-da paylaş

Xəbəri paylaş