Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şəhriyar Məmmədyarov Veyk-an-Zeye turnirində birinci qələbəsini qazanıb



Hollandiyanın Veyk-an-Zeye şəhərində nüfuzlu şahmat turniri davam edir.

80-ci “Tata Still Chess” festivalının ikinci turunda qara fiqurlarla oynayan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov 48-ci gedişdə çinli Hou İfana qalib gəlib.

Sergey Karyakin (Rusiya) Vişvanatan Anandla (Hindistan) heç-heçə oynayıb. Vladimir Kramnik (Rusiya) Aniş Giriyə (Hollandiya) uduzub. Pyotr Svidler (Rusiya) Vey İ (Çin) ilə, Maksim Matlatkov (Rusiya) Uesli So (ABŞ) ilə heç-heçə oynayıb. Dünya çempionu Maqnus Karlsen (Norveç) Başkaran Adhibanı (Hindistan) məğlub edib. Fabiano Karuana (ABŞ) və Qaveyn Cons (İngiltərə) heç-heçə qurtarıblar.

Aniş Giri iki turdan sonra hamıdan irəlidədir. İki qələbədən sonra onun hesabında iki xal var. Onun ardınca Şəhriyar Məmmədyarov, Maqnus Karlsen və Vişvanatan Anand (hər biri 1,5 xal), Qaveyn Cons, Fabiano Karuana, Sergey Karyakin, Uesli So, Vladimir Kramnik, Pyotr Svidler (hər biri 1 xal), Vey İ, Maksim Matlakov, Başkaran Adhiban (hər biri 0,5 xal) və Hou İfan (0) gəlir.

Üçüncü turda Məmmədyarov – Matlakov, Svidler - Giri, Anand - Karuana, Karlsen – Vey İ, So - Karyakin, Cons - Adhiban, Kramnik - İfan qarşılaşacaq.

Veyk-an-Zeyedəki turnir yanvarın 28-də başa çatacaq.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş