Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qar voleybolu üzrə ölkə kuboku başa çatıb



Qar voleybolu üzrə ölkə kuboku başa çatıb.

BrendSport.az
xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində təşkil olunan yarışın son günündə qadınların üç qarşılaşması baş tutub.

Dairəvi sistem üzrə keçirilən yarışda mükafatçılar turnir cədvəlinə görə müəyyənləşib. Bütün matçlarda qalib gələn “Gəncə” (4 qələbə, 12 xal) birinci, “Milli” (3 qələbə, 8 xal) ikinci, “Azərreyl” isə (2 qələbə, 6 xal) üçüncü yeri tutub.

Kişilərin yarışında bürünc medal uğrunda “Gənclər” və “Baku Fires” komandaları üz-üzə gəliblər. “Baku Fires” 2:0 hesabı ilə qalib gələrək turnirin üçüncüsü olub. Finalda isə “Azərreyl” komandası “Qaraqaya” ilə qarşılaşıb. “Dəmiryolçular” 2:0 hesabı ilə oyunun qalibi olub. Beləliklə, “Azərreyl” ölkə kubokunun sahibi olub, “Qaraqaya” komandası isə yarışın gümüş medalını qazanıb.

Oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib və mükafatçılara diplom, kubok, medallar təqdim olunub.


Facebook-da paylaş

Xəbəri paylaş