Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Snoubord üzrə Heydər Əliyev Kuboku keçirilib



Yanvarın 25-də Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Tuirzm Mərkəzində müxtəlif yaş kategoriyasında olan uşaqlar və böyüklər arasında snoubord idman növü üzrə Heydər Əliyev Kuboku təşkil olunub.

BrendSport.az
xəbər verir ki,turnirdə öncədən qeydiyyatdan keçən, müxtəlif yaş kateqoriyasında olan 40-a yaxın həvəskar snoubordçu birincilik uğrunda mübarizə aparıblar.

Yarışın nəticələrinə əsasən 6-8 yaş kategoriyasında Raul Abbasov (AZE) 1-ci yerə, 9-12 yaş kategoriyasında qadınlar arasında Rozalia Dubitsova (AZE) 1-ci yerə, eyni yaş kategoriyasında kişilər arasında Daniel Belousov (AZE) 1-ci yerə, Mehti Metin(AZE) 2-ci yerə, Celik Doruk(TÜR) 3-cü yerə sahib olublar.

13-17 yaş kategoriyasında isə kişilər arasında Bəşirli Kamal (AZE) 1-ci yerin qalibi olub.

Həmçinin 23-45 yaş kategoriyasında qadınlar arasında Nuran Musayeva (AZE) 1-ci yerə, Ekaterina Başeva(RUS) 2-ci yerə,Valentina Gerasimova (AZE) 3-cü yerə, kişilər arasında Igor Kulakov (RUS) 1-ci yerə, Rəsul Aslanov(AZE) 2-ci yerə, Seymur Qurbanov (AZE) 3-cü yerə sahib olublar.

46-56 yaş kategoriyasında kişilər arasında Ceyhun Vəzirov(AZE) 1-ci yerə, Ruslan Ağayev 2-ci yerdə qərarlaşıblar. 57+ kategoriyasının qalibi isə Azad Kəlbiyev olub.

Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və yarışın sponsorları tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Yarışın keçirilməsinin əsas məqsədi ölkədə snoubord idman növünün təbliğini genişləndirmək, insanlar arasında bu idmana olan marağı artırmaq və snoubordun idman növü kimi ölkədə inkişafına dəstək olmaqdır.

Qeyd edək ki, fevralın 1-də müxtəlif yaş kategoriyasında olan uşaqlar və böyüklər arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçiriləcək.






Facebook-da paylaş

Xəbəri paylaş