“AZE U-16” basketbol komandası “Alov”a, BBA isə PH klubuna qalib gəlib
Azərbaycan Texniki Universitetinin idman zalında qadın basketbolçular arasında Azərbaycan kuboku yarışlarının qrup mərhələsinin növbəti oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, günün ilk oyununda “AZE U-16” və “Alov” komandaları qarşılaşıblar. Bu görüşdə “AZE U-16” komandası 104:43 hesabı ilə rəqibinə qalib gəlib.
Günün ikinci oyununda BBA komandası PH kollektivi ilə üz-üzə gəlib. BBA komandası rəqibi üzərində 64:25 hesablı qələbəyə sevinib.
Bu nəticələrdən sonra “AZE U-16” adı ilə iştirak edən qızlardan ibarət millimiz turnir cədvəlinə liderlik edir.
Facebook-da paylaş