Şəhid mayor Rüfət Əsgərovun xatirəsinə həsr olunmuş üzgüçülük turniri keçirilib

“Atilla” idman kompleksində Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun xatirəsinə həsr olunmuş üzgüçülük turniri keçirilib.
BrendSport.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, suveren və müstəqil dövlətçiliyimiz uğrunda canını qurban verən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Xətai Rayonu İcra Hakimiyyətinin sektor müdiri Pənah İmanov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, beynəlxalq dərəcəli hakim Hicran Şərifov və digər natiqlər çıxış edərək şəhid Rüfət Əsgərovun həyat və döyüş yolun haqqında məlumat veriblər.
Bildirilib ki, şəhidlərimizin xatirəsinə həsr olunan belə idman yarışları onların qəhrəmanlığını gənc nəsillərə tanıtmaq, yeniyetmə və gənclər arasında üzgüçülüyə marağı artırmaq, onların fiziki hazırlıq səviyyəsini inkişaf etdirmək və bu sahədə istedadlı gəncləri üzə çıxarmaq, həmçinin gənclərin hərbi-idman hazırlığının inkişafına dəstək vermək, eləcə də onların gələcəkdə ölkənin müdafiə potensialının bir hissəsi kimi yetişməsinə töhfə verməkdir.
Uşaq və yeniyetmələrin iştirak etdiyi turnirdə qaliblərə diplom və medallar təqdim olunub.






Facebook-da paylaş





















